Tovuzda yaşayış binasının zirzəmisindən mərmi tapıldı - Sakinlər təxliyyə edildi - FOTO

Tovuzda yaşayış binasının zirzəmisindən mərmi tapıldı - Sakinlər təxliyyə edildi - FOTO

Tovuz rayonunda yaşayış binasının zirzəmisindən partlamamış mərmi tapılıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, mərmi rayonun Xəqani küçəsi bina 8 ünvanında 5 mərtəbəli binanın zirzəmisində aşkar edillib.

Tapılan yanmış vəziyyətdə 82 mm mina atan mərmisidir.

Əraziyə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) əməkdaşları cəlb edilib. Binada yaşayanlar ərazidən təxliyyə edilib. Hazırda mütəxəssislər tərəfindən ərazidə əməliyyat tədbirləri davam etdirilir. Əlavə mərmi və ya partlayıcıların olub-olmaması araşdırılır.

Axtarış işlərinə xüsusi itlərdə cəlb edilib.

Mənbə: baku.ws