Misirdə ailələr arasında torpaq davasında azı 8 nəfər qətlə yetirilib

Misirdə ailələr arasında torpaq davasında azı 8 nəfər qətlə yetirilib

Misirin paytaxtı Qahirənin cənubundakı Fayum əyalətində ailələr arasında torpaq davası baş verib.

AZƏRTAC xəbər verir ki, “Əl-Əhram” qəzeti davada iştirak edənlərdən azı 8 nəfərin qətlə yetirildiyi, 35 nəfərin isə yaralandığı barədə məlumat yayıb.

Avtomat silahlardan və tapançalardan atəş açan dava iştirakçıları arasında atışma bir neçə saat davam edib. Hadisə yerinə xüsusi təyinatlı qüvvələr cəlb olunub. Xəstəxanaya çatdırılan yaralılardan üçünün vəziyyəti ağırdır. Polis cinayətdə iştirak etməkdə şübhəli bilinən dörd nəfəri həbs edib.

Misirdə hətta ailədaxili mübahisələr zəminində baş verən münaqişələrdə də odlu silahlardan tez-tez istifadə olunur. Ötən il hökumət 2011-ci ildən bəri qanunsuz yollarla ölkəyə gətirilən və əhalinin əlində olan silahların təhvil verilməsi istiqamətində bəzi tədbirlər həyata keçirib.

Mənbə: azertag.az