Velosipedli uşağın üzərinə ağac aşdı - VİDEO

Velosipedli uşağın üzərinə ağac aşdı - VİDEO

Türkiyədə velosipedi ilə küçədə irəliləyən 14 yaşlı uşaq küləyin təsiri ilə aşan ağacın altında qalıb.

Moderator.az xəbər verir ki, xəfif şəkildə yaralanan azyaşlının faciənin bir addımlığından qayıtdığı hadisə anı kameralar tərəfindən saniyələrlə qeydə alınıb.

Hadisədən sonra ətrafdakların uşağın köməyinə gəldiyi və ağacın altından çıxan azyaşlının bədənində kiçik sıyrıqlar əmələ gəldiyi bildirilib.

Kamran

 

 

Mənbə: moderator.az