Ukrayna kəşfiyyatı Qulinin adamlarını saxladı

Ukrayna kəşfiyyatı Qulinin adamlarını saxladı

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Odessada xüsusi əməliyyat keçiriblər.

Axar.az xəbər verir ki, əməliyyat nəticəsində Nadir Səlifovun (Lotu Quli) iki adamı saxlanılıb. Onların regionda sahibkarların oğurlanmasında, quldurluq və soyğunçuluqda təqsirli bilindiyi vurğulanıb.

Ukrayna Təhlükəsizlik Xidməti həmçinin iyulun əvvəlində bandanın 4 təşkilatçısını ələ keçirdiyini bildirib.

Mənbə: axar.az