Hatayda silahlı şəxslər insanlara hücum etdi

Hatayda silahlı şəxslər insanlara hücum etdi

Hatayda motosikletli şəxslər yolla gedən cütlüyə silahla hücum ediblər.

Cebhe.info xəbər verir ki, axşam saatlarında Madənli məhləsindən keçərək evinə gedən cütlük Samir və Fatma Kirəmitci motosikletli 2 şəxs tərəfindən güllələnib.

Təcili Tibbi Yardım personalı tərəfindən İsgəndərun Dövlət Xəstəxanasına aparılan cütlükdən 55 yaşlı Samir Kirəmitcinin həyatını xilas etmək mümkün olmayıb.

Fatma Kirəmitcinin müalicəsi isə reanimasiyada davam etdirilir.

İlkin məlumatlara görə, hadisəyə səbəb varislik davası olub.

Polis faktla bağlı araşdırmaları davam etdirir

Mənbə: cebhe.info