Azərbaycanda qəza - iki nəfər xəsarət aldı

Azərbaycanda qəza - iki nəfər xəsarət aldı

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.

Big.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107 "və "VAZ-2103" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Hadisə şahidlərinin sözlərinə görə, yaralılardan birinin vəziyyəti ağır olub.

Faktla bağlı araşdırma aparılır.

 

Mənbə: big.az