Ermənistanda yüzlərlə koronavirus xəstəsi ölüm yatağındadır

Ermənistanda yüzlərlə koronavirus xəstəsi ölüm yatağındadır

Ermənistanda ağır və son dərəcə ağır olan koronavirus xəstələrinin sayı 300 ətrafında dəyişir.

İstiPress-in "panarmenian.net"ə istinadən məlumatına görə, bu barədə səhiyyə naziri Arsen Torosyan deyib.

Onun sözlərinə görə, bu say ləng , çünki bir çox xəstə uzun müddət reanimasiya şöbələrində qalır. Yoluxanların sayının azaldılması barədə danışan nazir qeyd etdi ki, 0-a çatmaq çətin olacaq və bu rəqəmin 50-100 arasında qalması da məqbul olmalıdır.

Avqustun 12-nə olan məlumata görə, ölkədə yoluxmaların sayı 40 794-ə çatıb, aktiv xəstələrin sayı 6262-dir. Ümumilikdə, birbaşa koronavirusdan 806 nəfər ölüb, 234 koronaviruslu xəstə isə digər xəstəliklərdən ölüb.

Mənbə: istipress.com