İş adamının meyiti tapıldı - FOTO

İş adamının meyiti tapıldı - FOTO

Türkiyədə 3 ay öncə itkin düşən iş adamının əlləri və ayaqları bağlı meyiti tapılıb.

Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Orxanqazi məhəlləsində yaşayan və iş adamı olan Sezai Katmer mayın 12-dən itkin düşüb.
Sezai Katmerdən xəbər ala bilməyən ailə polisə müraciət edib. İş adamını tapmaq üçün polislər onun ailə üzvlərinin də ifadəsini alıb. Sezai Katmerin meyiti Zeytinlikdəki bağ evində olan su quyusunda tapılıb.

Qeyd edək ki, Sezai Katmer 2019-cu ildə qanunsuz silah daşıdığına və adam döydüyünə görə həbsxanada yatıb. O, bu ilin martında azadlığa çıxıb.

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin
 

Mənbə: sonxeber.az