Bir ailənin üç üzvü koronavirusdan öldü - FOTO

Bir ailənin üç üzvü koronavirusdan öldü - FOTO

Koronavirus qurbanlarının sayı artmaqdadır.

Milli.Az nypost-a istinadla xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatında yaşayan cütlük koronavirusun qurbanı olub. 62 il birlikdə yaşayan ər-arvad Covid-19 səbəbindən dünyasını dəyişib.

Larry və Vicki Freda eyni gündə, bir neçə saat fərqlə vəfat ediblər. Onların birinin 85, digərinin isə 83 yaşı olub. Cütlüyün 51 yaşlı oğulları isə onlardan iki gün əvvəl həmin səbəbdən dünyasını dəyişib.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxanların və ölənlərin sayına görə siyahıda liderdir. Bu ölkədə 5 milyondan çox insanın koronavirus testinin nəticələri müsbət çıxıb, 170 minə yaxın Covid-19 səbəbindən dünyasını dəyişib.

Bəxtiyar Umarlı
Milli.Az

Mənbə: news.milli.az