Yardımlıda qəza edən "Niva" qaz xəttini zədələdi

Yardımlıda qəza edən "Niva" qaz xəttini zədələdi

Bakı. Ceyhun Ələkbərov - Trend:

Avqustun 13-də axşam saatlarında baş verən avtomobil qəzası zamanı Yardımlı rayonunun Gavran kəndini təbii qazla təmin edən diametri 219 mm olan orta təzyiqli qaz xətti zədələnib.

Trend-in məlumatına görə, təqribən 35 metr uzunluğunda qaz borusunu qəzaya uğrayan "Niva" markalı maşın sürüyərək yararsız hala salıb. Təhlükəsizlik tədbiri olaraq 104 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

 

Mənbə: az.trend.az