Gədəbəydə minik maşını aşıb, xəsarət alanlar var

Gədəbəydə minik  maşını aşıb, xəsarət alanlar var

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Slaviyanka kəndində qeydə alınıb.

Hərəkətə olan “Chevrolet" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, qəzaya səbəb yağışlı hava şəraiti olub. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az