Ermənistandan Gürcüstana qanunsuz keçən əcnəbilər saxlanılıb.

Ermənistandan Gürcüstana qanunsuz keçən əcnəbilər saxlanılıb.

Gürcüstan sərhədini qanunsuz keçərək ölkə ərazisinə daxil olan 4 əcnəbi vətəndaş saxlanılıb.Xəbəroxu.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Sərhəd Polisindən bildirilib. İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər rəsmi sərhəd nəzarətindən yayınmaqla qrup şəklində Ermənistandan Gürcüstana keçiblər.Faktla bağlı istintaq aparılır. Xarici ölkə vətəndaşlarını 4 ildən 5 ilədək həbs cəzası gözləyir.

Mənbə: www.xeberoxu.az