Məhkəmə Qırğızıstanın keçmiş prezidenti Atambayevi həbsdə saxladı

Məhkəmə Qırğızıstanın keçmiş prezidenti Atambayevi həbsdə saxladı

Bişkek Şəhər Məhkəməsi Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevə qarşı hökmü qüvvədə saxlayıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə RİA Novosti-yə məhkəmə iclasında məlumat verilib.

İyunun 23-də Bişkekin Pervomaysk Rayon Məhkəməsi Atambayevi kriminal avtoritet Əziz Batukayevi sərbəst buraxdığına görə 11 il 2 ay müddətinə azadlıqdan məhrum edib.

2006-cı ildə Batukayev Bişkek ətrafındakı koloniyaların birində iğtişaşlar təşkil etdiyinə görə 16 il 8 ay müddətinə həbs edilib.

İstintaqın məlumatına görə, onun azad edilməsində yüksək vəzifəli şəxslər, o cümlədən eks-prezident Atambayev iştirak edib.

Onlar “korrupsiyanı mütəşəkkil cinayətkar qrupun maraqları naminə təşkil etməkdə” ittiham olunurlar.

 

KONKRET.az

Mənbə: konkret.az