Sürücünün telefonunu belə oğurladılar

Sürücünün telefonunu belə oğurladılar

Taksimdə sevgilisi ilə yolda gedən gənc oğlan telefonla danışdığı vaxtda qulağından telefonunu oğurlayıblar.

Cebhe.info xəbər verir ki, sevgilisinin təəccüb içində qaldığı hadisədə nə yaşadığını başa düşməkdə çətinlik çəkən oğlan oğrunun dalınca düşüb, amma tuta bilməyib.

Məlumatlara görə, sürücülük edərək pul qazanan gənc oğlan sevgilisi ilə gəzmək üçün Taksimə gəlib.

Gəzdikləri müddətdə telefonla danışmağa başlayıb. Bir müddət telefonla danışan gənc oğlan arxasından yaxınlaşan 2 nəfərin hücumuna məruz qalıb və telefonu oğurlanıb. Hadisə yaşanan ərazidəki kamerlara düşüb.

Qeyd edək ki, hadisədən sonra gənc oğlan polisə müraciət edib. Hadisə yerinə gələn polis ərazidəki kameralara baxıb.

Faktla bağlı araşdırmalar davam edir.

Semra Ələkbərli
Cebhe.info

Mənbə: cebhe.info