İraqda hərbi bazaya raket hücumu olub

İraqda hərbi bazaya raket hücumu olub

İraqın Səlahəddin bölgəsində ABŞ əsgərlərinin olduğu Bələd Əsgər Hava Bazasına raket hücumu olub. XəbərOxu.Az İraq mediası tərəfindən edilən açıqlamaya istinadən bildirir ki, Bələd Əsgər Hava Bazasına 3 ədəd katyuşa mərmisi atılıb. Baş verən hadisədə yaralanan yaxud xəsarət alan olmayıb. Hadisənin baş verdiyi hərbi bazada ABŞ əsgərləri ilə yanaşı İraq əsgərləri də var.

Mənbə: www.xeberoxu.az