Evində avtomat və 3 ədəd tapança tapıldı

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində İmişli şəhər sakini N.Məmmədovun yaşadığı evə baxış keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, baxış zamanı oradan nömrəsiz “AKS-47” markalı avtomat, 5 ədəd patron darağı, 167 ədəd müxtəlif çaplı patron, 1 ədəd “ME-800 General” markalı qaz tapançası, 1 ədəd “Agent” markalı qaz-siqnal tapançası və ona aid 3 ədəd patron aşkar edilərək götürülüb.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

“Türkiyənin ATƏT-in Minsk Qrupunun həmsədrləri sırasına qatılması müzakirə edilir”

SONRAKI XƏBƏR

Rusiya-Belarus lobbisindən Lukaşenkoya çağırış