COVID-19 pandemiyası ilə bağlı yardımlar davam etməkdədir

Polis əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilmiş karantin rejiminin qaydalarının təmin olunmasına nəzarət etmək və profilaktiki tədbirlər keçirməklə yanaşı, vaxtaşırı olaraq köməyə ehtiyacı olan və tək yaşayan vətəndaşlara yardım işini də həyata keçirir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Cebhe.info-ya verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilmiş rayon sakini A.Səfərova baş çəkiblər.

Rayonunun Nəsimikənd kəndinin sakini olan həmin şəxs tək yaşadığı üçün polis əməkdaşları ona gündəlik ərzaq tələbatı mallarından ibarət bağlama gətiriblər. Şöbə əməkdakdaşları A.Səfərovun ehtiyacları ilə maraqlanıb və bir daha xatırladılıb ki, yaşadığı yeri tərk edib başqaları ilə təmasda olması həyat və sağlamlıq baxımından təhlükəlidir.

Buna görə də zəruri məsələlərlə bağlı hər an polisə müraciət edə bilər. Vətəndaş A.Səfərov göstərdikləri diqqətə və ev şəraitində müalicə aldığı dövrdə gündəlik olaraq onun qayğıları ilə maraqlandıqlarına görə polis əməkdaşlarına minnətdarlığını bildirib.

Semra Ələkbərli
Cebhe.info

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Türkiyənin Çeşmə bölgəsində baş verən yanğının söndürülməsi işləri davam etdirilir

SONRAKI XƏBƏR

“Türkiyənin ATƏT-in Minsk Qrupunun həmsədrləri sırasına qatılması müzakirə edilir”