Türkiyənin Çeşmə bölgəsində baş verən yanğının söndürülməsi işləri davam etdirilir

Türkiyənin Çeşmə bölgəsində baş verən yanğının söndürülməsi işləri davam etdirilir

İstanbul, 14 avqust, AZƏRTAC

Türkiyənin turizm bölgələrindən olan İzmir vilayətinin Çeşmə rayonunda gecə saatlarında başlayan yanğının söndürülməsi işləri davam etdirilir.

AZƏRTAC xəbər verir ki, yanğının söndürülməsinə 100-dən çox yanğınsöndürmə avtomobili, 2 təyyarə, 20 helikopter və 400-dək canlı qüvvə cəlb olunub. Yanğının baş verdiyi bölgədə dörd yaşayış məntəqəsinin sakinləri təxliyə edilib.

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli gecə saatlarında hadisə yerində olub.

Yanğın indiyədək 50 hektardan çox əraziyə yayılıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

AZERTAG.AZ :Türkiyənin Çeşmə bölgəsində baş verən yanğının söndürülməsi işləri davam etdirilir

Mənbə: azertag.az