Abşeronda yol kənarında dayanan şəxsi maşın vuraraq öldürüb

Abşeronda yol kənarında dayanan şəxsi maşın vuraraq öldürüb

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, avqustun 13-də saat 20 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Ələsgərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanmış qəsəbə sakini Tərlan Ələkbərovanı vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Mənbə: apa.az