Daha 114 nəfər koronavirusdan öldü

Daha 114 nəfər koronavirusdan öldü

Rusiyada koronavirusa yoluxanların sayı 912 min nəfəri keçib.

BiG.AZ Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 5 065 nəfər virusa yoluxub, 114 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 912 823 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 15 498 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 722 964 nəfər virusdan sağalıb, 174 361 nəfərin müalicəsi isə davam edir.

 

Mənbə: big.az