Xırdalanda anasını öldürmək istəyən oğulla bağlı – Yeni xəbər

Xırdalanda anasını öldürmək istəyən oğulla bağlı – Yeni xəbər

Abşeron rayonunda oğulun anasına çoxsaylı bıçaq zərbələri yetirib onu öldürməyə cəhd edən Nazim Nağıyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim İlham Mahmudovun icaatına verlib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, bu ilin yanvarın 29-da saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yataqxanaların birində yaşayan 1965-ci il təvəllüdlü Səlmirə Nəqiyevanın bıçaqlanması barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

İlkin istintaqla hadisənin Səlmirə Nəqiyevanın oğlu – 1996-cı il təvəllüdlü Nazim Nağıyev tərəfindən yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla S.Nəqiyevaya çoxsaylı xəsarətlər yetirməklə törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Nazim Nağıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli etiraf edib.

İstintaq orqanı tərəfindən Nazim Nağıyevin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Mənbə: teleqraf.com