İspaniyada koronavirusa yoluxanların sayı artıb

İspaniyada koronavirusa yoluxanların sayı artıb

İspaniyada koronavirusa yoluxanların sayı gün ərzində 2 987 nəfər artıb.

Cebhe.info xəbər verir ki, məlumatı İspaniyanın Səhiyyə Nazirliyi yayıb.

Məlumata görə, ölkə ərazisində yoluxmanın ən çox müşahidə edildiyi şəhərlər arasından Madriddə 731, Araqonda 481, Baskda 480 nəfər yeni növ koronavirusa yoluxma halı qeydə alınıb. Ümumilikdə ölkədə qeydə alınan yoluxma sayı 342.813 nəfərə çatıb.

İspaniyanın Səhiyyə naziri Salvador İlla yoluxma hallarının çoxalması səbəbi ilə təcili iclas keçirib və yeni qaydaların qəbul edilməyini təklif edib.

Qəbul edilən qərarların içində sosial məsafənin qorunmadığı ərazilərdə siqaret çəkilməsinin qadağan olunduğu, disko və barların fəaliyyətini dayandırdığı, gecə yarısından sonra yeni müştəriləri qəbul edən hotellərin ən gec 01:00-dək işləyəcəyi bildirilib.

Qeyd edək ki, İspaniyada 10 nəfərdən çox adamın bir ərazidə toplaşmamağı tövsiyyə edilib.

Mənbə: cebhe.info