Somalidə terrorçulardan 33 uşaq xilas edildi

Somalidə terrorçulardan 33 uşaq xilas edildi

Eastnews.org-un verdiyi xəbərə görə, Somali ordusu Aşağı Şaballa vilayətində “Əş-Şabab” terrorçularının girovluğundan 33 uşağı azad edib.

Əməliyyat zamanı 4 “Əş-Şəbab” terrorçusunun məhv edildiyi bildirilir.

Somali hökumətinin mətbuat katibi İsmayıl Muxtar Oronjo terrorçuların uşaqları qaçırdıqlarını və “beyinlərini yumağa” çalışdıqlarını söyləyib. Somali ordusunun əməliyyatı nəticəsində uşaqların azad edildiyi qeyd edilib.

Xaıtrladaq ki, Somalidə 2004-cü ildə yaradılan "Əş-Şəbab" terror təşkilatı “Əl-Qaidə” terrorçularına beyət edib. Cinayətkar təşkilat bu Afrika ölkəsinin cənubundakı bir sıra yaşayış məntəqələrinə nəzarət edir.

Mənbə: AA

Mənbə: eastnews.org