Polis üç rayonda əməliyyat keçirdi: Həbs olunanlar var

Polis üç rayonda əməliyyat keçirdi: Həbs olunanlar var

 

Masallı rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Masallı rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini N.Şahverdiyevin Təzə Alvadı kəndi ərazisində gizlətdiyi 1 kiloqram heroin və 1 kiloqramdan artıq metamfetamin aşkar edilib.

Bundan başqa, İmişli rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Oruclu kənd sakini, əvvəllər məhkum olunmuş R.Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu və müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Ağdam rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Sarıçoban kənd sakini, əvvəllər məhkum olunmuş F.Allahverdiyevə məxsus yardımçı təsərrüfatdan kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu və 1,5 kiloqramdan artıq marixuana aşkar edilib.

Mənbə: teleqraf.com