Rusiyada koronavirusdan daha 119 nəfər öldü

Rusiyada koronavirusdan daha 119 nəfər öldü

Rusiyada son sutka ərzində daha 5 061 nəfərdə koronavirus aşkarlanıb, bununla da ölkə üzrə yoluxanların ümumi sayı 917 min 884 -ə çatıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 695 nəfər.

Son bir gündə virusdan həm də 119 nəfər ölüb və Rusiyada pandemiya qurbanlarının sayı 15 min 617 nəfər olub.

İndiyədək 729 min 411 pasiyent sağalıb.

Xatırladaq ki, Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ, Braziliya və Hindistandan sonra dünyada dördüncü yerdədir.

Mənbə: virtualaz.org