Sabirabad rayonunda ümumi sahəsi 480 m2 olan ikimərtəbəli kafenin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 70 m2 sahədə qismən yanıb.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, kafenin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: apa.az