Mosulda İŞİD lideri yaxalandı

Mosulda İŞİD lideri yaxalandı

Mosul şəhərində İŞİD terror təşkilatına bağlı El-Furkan Briqadalarının lideri Ebu Hattab və iki köməkçisi ələ keçiriliblər.

Publika.az xəbər verir ki, bu barədə İraq Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, dindirilmə zamanı onlar təhlükəsizlik qüvvələrinə və sakinlərə qarşı müxtəlif terror əməliyyatlarında əli olduqlarını etiraf ediblər.

Mənbə: publika.az