70 milyonda bir yaşanan hamiləliklə 4 uşaq dünyaya gətirdi...

70 milyonda bir yaşanan hamiləliklə 4 uşaq dünyaya gətirdi...

Çində 3 dəfə hamiləliyi yarımçıq qalan qadın 70 milyonda bir baş tutan hamiləliklə iki cüt tək yumurta əkizi dünyaya gətirib.

Moderator.az xəbər verir ki, həkimlər daha əvvəl 3 dəfə düşük yaşayan 31 yaşlı qadının süni mayalanma müalicəsi almadığını açıqlayıb.

Hubey bölgəsindəki xəstəxanada keysəriyyə əməliyyatı ilə dünyaya gələn 2 oğlan və iki qız uşaqlarının səhhətində heç bir problem olmadığı bildirilib.

Həkimlər iki cüt tək yumurta əkizinə eyni anda hamilə qalmağın və onları sağlam şəkildə dünyaya gətirməyin son dərəcə nadir bir vəziyyət olduğunu söyləyib.

Kamran

 

 

Mənbə: moderator.az