Yunanıstanda plastik emalı zavodunda yanğın baş verib

Yunanıstanda plastik emalı zavodunda yanğın baş verib

Bakı. Trend:

Yunanıstanda plastik emalı zavodunun binasında güclü yanğın baş verib.

Trend-in məlumatına görə, bu barədə ölkənin yanğın xidməti bildirib.

Məlumata əsasən, hadisə Afina şəhərinin Metamorfosi rayonunda qeydə alınıb. Xəsarət alanlar barədə məlumat verilməyib.

 

Yanğın 14 yanğınsöndürən maşındakı 49 yanğınsöndürən, habelə könüllülər tərəfindən söndürülür və 2 ədəd helikopter havadan alovlanan yerə su tökür.

Mənbə: az.trend.az