Şimal qonşumuzda beş mindən çox yeni koronavirus xəstəsi aşkar edilib

Şimal qonşumuzda beş mindən çox yeni koronavirus xəstəsi aşkar edilib

Yeni xəstələrin ən böyük sayı Moskvada, Sankt-Peterburqda və Sverdlovsk vilayətində qeydə alınıb. Çukotkada xəstələrin sayında gündəlik artım yoxdur.

BAKI, 15 avqust — Sputnik. Ötən gün ərzində Rusiyanın 84 regionunda 5061 koronavirusa yoluxma halı aşkar edilib.

Sputnik Azərbaycan -yə istinadən xəbər verir ki, yoluxmuş şəxslərin 26,7 faizində simptomlar yoxdur.

Xəstələrdən 6447 nəfəri sağalıb, 119 nəfəri ölüb.

Yeni xəstələrin ən böyük sayı Moskvada (695), Sankt-Peterburqda (162) və Sverdlovsk vilayətində (158) qeydə alınıb. Çukotkada xəstələrin sayında gündəlik artım yoxdur.

Rusiyada epidemiya ərzində 917884 koronavirusa yoluxma halı qeydə alınıb. Xəstəxanalardan 729411 nəfər buraxılıb. 15617 xəstə vəfat edib.

Mənbə: sputnik.az