Öldürdüyü sevgilisini çuxura atarkən yaxalandı - VİDEO

Öldürdüyü sevgilisini çuxura atarkən yaxalandı - VİDEO

Argentinada sevgilisini boğaraq öldürən adam çuvala qoyduğu cəsədi çuxura atıb. O anlarda ətrafdakı bir evin təhlükəsizlik kamerasına yaxalanan cinayətkar, ev sahibinin diqqəti sayəsində yaxalanıb.

Moderator.az xəbər verir ki, sözügedən ev sahibi təhlükəsizlik kamerasında bir adamın belində apardığı çuvalı evin yaxınlığında olan bir çuxura atdığını görüncə polisə xəbər verib.

Çuxurdan çıxarılan çuvalı açan polis əməkdaşları bədəninin bəzi hissələri kəsilən bir qadın cəəsdinə rast gəlib. Dərhal axtarışa başlayan polis əməkdaşları qısa müddət ərzində 28 yaşlı cinayətkarı yaxalayıb.

Araşdırma nəticəsində cəsədin 22 yaşlı iki uşaq anasına aid olduğu ortaya çıxıb. Qadını öldürən cinayətkar mübahisə etdiyi sevgilisini əvvəlcə boğduğunu, daha sonra isə cəsədi yandırmağı düşünsə də, basdırmağa qərar verdiyini söyləyib.

Qeyd edək ki, cinayətkarın qadını öldürməzdən əvvəl barmaqlarını və əlini qırdığını məlum olub.

Kamran

Mənbə: moderator.az