Koronavirus maskası bir məhkumun ölümünə səbəb oldu - İNANILMAZ HADİSƏ

ABŞ-ın Connecticut əyalətində koronavirusdan qorunmaq məqsədi ilə maska taxan bir məhkum sadəcə 1 həftə əvvəl girdiyi həbsxanada boğularaq həyatını itirib.

Moderator.az xəbər verir ki, çərşənbə günü baş verən hadisədə adının Daniel Okasio olduğu bildirilən məhkum qaldığı kameradakı çarpayının üzərində hərəkətsiz halda tapılıb.

Səhər saatlarında kameraları yoxlayan bir nəzarətçi 32 yaşlı məhkumun boynuna maska dolanmış halda olduğunu görüb və dərhal tibb işçilərinə xəbər verib.

Oksigen çatışmazlığı səbəbi ilə ölən məhkumun boynuna maskan iplərinin dolandığı və bu vəziyyətin ölümə səbəb olduğu bildirilib.

Hadisənin intihar və ya cinayət olduğuna aid hələlik heç bir dəlil olmadığı və həqiqətin araşdırma nəticəsində ortaya çıxacağı ifadə edilib.

Kamran

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Cavid Paşayev evə buraxıldı - FOTO + VİDEO

SONRAKI XƏBƏR

COVİD-19-un mutasiyası haqqında həqiqətlər və virusun yayılmasına xidmət etmiş faktorlar...