"Bu, dəhşətli hadisədir, çox ağırdır, hər birimizin başına gələ bilərdi..."
"Hər il bu infeksiya ilə 150-200 yoluxma halları qeydə alınır, hər beşinci adam tələf olur..."
ABŞ-ın Kaliforniya ştatının sakini, altı yaşlı oğul anası 40 yaşlı Lora Baracas həyatının xilas edilməsi üçün bütün dörd ətrafının amputasiyası əməliyyatı keçirib.
Bundan öncə o, təxminən iki ay ərzində xəstəxanada keçirərək qorxulu infeksiya ilə mübarizə aparıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Daily Mail" nəşri yazıb.
Lora iyulun sonunda San-Xosedəki yerli bazardan aldığı və özü hazırladığı tilapiya balığını yeyəndən sonra xəstələnib, bu barədə rəfiqəsi danışıb.
Qadın balığı kifayət qədər qızartmayıb və bakteriyaların insan üçün ölümcül olan bəzi növlərindən olan vibrionuna yoluxub.
"Bu, hər birimiz üçün çox ağır olub. Bu, dəhşətlidir. Bu, hər birimizin başına gələ bilərdi", - Loranın rəfiqəsi Anna Messina danışıb.
"O, az qala dünyasını dəyişəcəkdi. O, ağ ciyərlərin süni tənəffüs aparatında olub, - Messina məlumat verib. - O, dərman komasına salınıb. Onun barmaqları, ayaqları, alt dodağı qaralıb. O, tam sepsis vəziyyətində olub, böyrəkləri fəaliyyətdən düşüb".
Güman edilir ki, infeksiya "Vibrio vulnificus" bakterial infeksiya ilə törədilib, bu barədə Amerikanın Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəz (CDC) xəbərdarlıq edib.
"Bu bakteriya ilə bir neçə yoluxma yolları var, ona yoluxmuş nəsə yedikdə, kəsik və tatuya bu bakteriya ilə yoluxmuş su düşdükdə yoluxma baş verə bilər", - bunu UCSF infeksion xəstəliklər üzrə ekspert doktor Nataşa Spottisvud izah edib.
CDC-nin məlumatına görə, hər il 150-200 yoluxma halları qeydə alınır, infeksiyaya yoluxmuş təxminən hər beşinci adam tələf olur. Spottisvudun sözlərinə görə, bakteriyalar xüsusilə immuniteti zəif olanlar üçün təhlükəlidir.
Mənbə: moderator.az