Ermənistanda baş verən qarşıdurmalarda xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər

Ermənistanda baş verən qarşıdurmalarda xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər

Ermənistan Nazirlər Kabinetinin binası yaxınlığında baş verən qarşıdurma nəticəsində bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Xəstəxanaya yerləşdirilənlər içərisində polislər də var.

Qeyd edək ki, İrəvanda ölkənin baş naziri Nikol Paşinyanın istefası tələbi ilə Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçirilir.

Mənbə: report.az