Narkotik vasitə almaq üçün avtomobil oğurlayan şəxs saxlanılıb - VİDEO

Narkotik vasitə almaq üçün avtomobil oğurlayan şəxs saxlanılıb - VİDEO

Bakıda avtomobil oğurlayan şəxs saxlanılıb.

Daha dəqiq Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə Babayev Qəşəm Əliqəmən oğlu ərizə ilə müraciət edərək bildirib ki, o yaşadığı Yəhya Bakuvi küçəsi 5 ünvanında avtomobili oğurlanıb.

Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Sabunçu rayonu Ramana qəsəbəsində avtomobili oğurlayan əvvəllər məhkum olunmuş Sabunçu qəsəbə sakini Rzaquliyev İrşad Elham oğlu saxlanılıb. O avtomobil ilə birlikdə 18-ci polis bölməsinə gətirilib. Onun üzərindən narkotik maddə sayılan kakos aşkar edilib. Məlum olub ki, saxlanılan şəxs əlvan metal toplayırmış və avtomobilin qapılarının açıq olduğunu görüb.

Tamah ona güc gəldiyi üçün avtomobili oğurlayıb. O avtomobili oğurlamayacağını sadəcə içşərisində maqnitafonu satıb özü üçün narkotik vasitə alacağını bildirib.

Maqnitafonu Sabunçu bazarında satan şəxs özü üçün narkotik vasitədə əldə edib. Lakin keçirilən əməliyyat zamanı həmin narkotik vasitə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Mənbə: www.realtv.az