"Mən onların hər birisinə ayrılıqda vurulmuşam və hamısı ilə eyni vaxtda evlənmək və bir böyük xoşbəxt ailə qurmaq qərarına gəlmişəm..."
"Mənim babamın altı, mərhum atamın beş arvadı olub, hamısı da bir dam altında yaşayıb..."
Toy mərasimindən sonra yeddi gəlinin hamısı öz zifaf gecəsini bəyin iqamətgahında keçirib..."
Uqandanın Namaqera şəhərində qəribə toy mərasimi baş tutub. 43 yaşlı kişi eyni zamanda yeddi qadını özünə həyat yoldaşı edib, onların ikisi bacıdır.
Moderator.az xəbər verir ki, bu barədə "The Yerusalem Post" nəşri məlumat verib.
Ailə həyatı gözəl səyahət ola bilər, lakin çox zaman o, saysız-hesabsız razılaşmalar və güzəştlər tələb edir. İndi isə təsəvvür edin ki, bir yox, yeddi tərəf-müqabili ilə yaşamaq necə də çətindir!
Lakin Uqandadan olan biznesmen Həbib Nsikonnene, hər şeydən göründüyü kimi, çətinliklərdən qorxmur, axı, bu yaxınlarda eyni zamanda yeddi qadınla nikah bağlayıb.
Üstəlik, o, gələcəkdə daha bir neçə qadını özünə həyat yoldaşı edəcəyini planlaşdırır.
"Mən onların hər birisinə ayrılıqda vurulmuşam və hamısı ilə eyni vaxtda evlənmək və bir böyük xoşbəxt ailə qurmaq qərarına gəlmişəm.
Mən hələ gəncəm və yaxın gələcəkdə yeni qadınlar hesabına ailəmizi genişləndirməyi planlaşdırıram", - bəy öz planlarını açıqlayıb.
Bəyin atası Əbdül Semakula yerli KİV-lərə deyib ki, onların ailəsi bir çox nəsillər boyunca poliqam həyat tərzinə riayət edib, çünki Uqandada poliqamiya qanuniləşdirilib.
"Mənim babamın altı, məhrum atamın isə beş arvadı olub, hamısı da birlikdə bir dam altında yaşayıb", - bəyin atası əlavə edib.
Təntənəli mərasim günündə Həbib Nsikonnenenin gəlinlərinin hamısı bir furqonda gözəllik salonuna gedib, orada onlara saç düzümü və makiyaj edilib.
Bu zaman nikah mərasiminin keçirildiyi yerə qonaqlar 40 limuzin və 30 motosikletlə gəlib.
Toy mərasimində Rəşidə, Fatimə, Şənifə, Məryəm, Zayna, iki Aişələr və Həbib bir-birilərinə sevgi və sədaqət andı içib.
Sonra xoşbəxt sevgililər boda-bodada (Şərqi Afrikada populyar olan motosiklet taksi) təntənəli yürüşə yollanıb.
Bir çoxlarının təəccübünə rəğmən, yeddi gəlinin hamısı öz zifaf gecəsini Nsikonnennenin iqamətgahında keçirib.
Mənbə: moderator.az