İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib.
Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, hazırda düşən raketin qalıqlarına dair heç bir məlumat yoxdur:
”Sosial mediada yayılan görüntülər raketin vurulma anını deyil, qalıqların atmosferə daxil olarkən yanmasını əks etdirir”, - deyə məlumatda bildirilib.
Xatırladaq ki, daha əvvəl martın 4-ə və 9-da İran ərazisindən atılan raketlər Türkiyə səmasında zərərsizləşdirilib.
Mənbə: bizim.media