Səudiyyə Ərəbistanı 20-yə yaxın dronu zərərsizləşdirdi

Səudiyyə Ərəbistanı 20-yə yaxın dronu zərərsizləşdirdi

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri ötən gecə İrandan buraxılan 17 pilotsuz uçuş aparatını zərərsizləşdirib.

TASS-a istinadən xəbər verilir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, dronların böyük hissəsi Əş-Şərqiyyə əyaləti üzərində məhv edilib.

Nazirlik əlavə edib ki, bəzi pilotsuz uçuş aparatları paytaxt Ər-Riyad yaxınlığında zərərsizləşdirilib.

Mənbə: publika.az