Hizbullah İsrail ordusunun Tel-Əvivdəki qərargahını belə vurdu – ANBAAN VİDEO

Hizbullah İsrail ordusunun Tel-Əvivdəki qərargahını belə vurdu –

Livanın Hizbullah qruplaşması İsrail Müdafiə Qüvvələrinin Təl-Əvivdəki qərargahına zərbə endirib.

Hücumun görüntüləri Hizbullaha bağlı Telegram kanalları tərəfindən yayımlanıb.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib.

Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb.

İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb.

Martın 2-də isə Hizbullah İsrailə qarşı müharibəyə başladığını elan edib.

Buna cavab olaraq, İsrail qruplaşmanın mövqelərinə zərbələr endirib və Livanda quru əməliyyatlarına başlayıb.

Mənbə: bizim.media