SEPAH Dubayda "Oracle" şirkətinin data mərkəzinə zərbə endirdiyini açıqlayıb

SEPAH Dubayda "Oracle" şirkətinin data mərkəzinə zərbə endirdiyini açıqlayıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) regionda yeni hücumlarla bağlı açıqlama verib.

Bu barədə SEPAH-ın “X” hesabında bildirib.

Məlumata görə, qurum Dubayda ABŞ-ın “Oracle” şirkətinə məxsus data mərkəzinə, eləcə də Bəhreyndə “Amazon”a aid obyektə zərbə endirdiyini iddia edib.

“İran vətəndaşlarının öldürülməsinə cavab olaraq hərəkətlərimizin terror maşınının sıradan çıxarılmasına yönələcəyini əvvəlcədən xəbərdarlıq etmişdik”, – deyə bəyanatda qeyd olunub.

Mənbə: apa.az