İran ABŞ-ın gizli qırıcısını vurdu: F-35 darmadağın edildi - Video

İran ABŞ-ın gizli qırıcısını vurdu: F-35 darmadağın edildi -

İran Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısının ölkənin mərkəzi rayonları üzərində vurulduğunu açıqlayıb.

TASS-a istinadən xəbər verilir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

ABŞ-ın ən müasir döyüş təyyarələrindən sayılan F-35 İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qabaqcıl hava hücumundan müdafiə sistemi tərəfindən hədəfə alınıb.

“ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 təyyarəsi İranın mərkəzi hissəsində səmada vurulub və qəzaya uğrayıb. Bu əməliyyat SEPAH-ın müasir HHM sistemləri vasitəsilə həyata keçirilib”, - deyə rəsmi açıqlamada bildirilir.

Hadisənin təfərrüatı və ABŞ tərəfinin reaksiyası barədə hələlik əlavə məlumat verilmir.

Müəllif: Adəm

Mənbə: publika.az