Əfqanıstan və Pakistan qüvvələri arasında toqquşmalar dünən axşam Durand xətti (Əfqanıstan və Pakistan arasındakı sərhəd, Kabil tərəfindən tanınmır) boyunca yenidən başlayıb və bu gün səhər də davam edib.
Bu barədə "Seda-e Afghan" Teleqram kanalı məlumat yayıb.
"Əfqanıstan qüvvələri Pakistan qüvvələrinin artilleriya atəşinə cavab olaraq, Xost və Paktiya əyalətlərindən Durand xətti boyunca mövqelərinə hücum edib", - deyə açıqlamada bildirilir.
Toqquşmalarda ən azı üç Pakistan əsgəri öldürülüb və bir neçə Pakistan nəzarət məntəqəsi dağıdılıb.
Əfqanıstan Ali Liderinin sözçü müavini Həmdullah Fitrat bildirib ki, Pakistan qüvvələri cümə axşamı Əfqanıstanın Kunar, Paktika və Xost əyalətlərinə intensiv minaatan və raket hücumları həyata keçirib. Əfqanıstanın mülki hədəflərinə edilən hücumlarda dronlardan da istifadə olunub.
Mənbə: publika.az