İrandakı son gərginlik fonunda ABŞ Hərbi Hava Qüvvələrinin ciddi itkilərlə üzləşdiyi və köhnə texnikanı yenidən aktivləşdirməyə məcbur qaldığı bildirilir.
ABŞ ordusu 68 il əvvəl istehsal olunmuş KC-135 Stratotanker tipli tanker təyyarələrini yenidən xidmətə qaytarır.
"Bild" nəşrinin məlumatına əsasən, mart ayında İraqın qərbində bir KC-135 təyyarəsinin qəzaya uğraması və İranın Səudiyyə Ərəbistanındakı aviabazaya endirdiyi zərbə nəticəsində ən azı beş belə tanker zədələnib. Bu isə ABŞ-nin havada yanacaq doldurma imkanlarında ciddi boşluq yaradıb.
Bu itkiləri kompensasiya etmək üçün ABŞ Hərbi Hava Qüvvələri Devis-Montan Hərbi Hava Qüvvələri bazası ərazisində saxlanılan ehtiyat təyyarələri yenidən aktivləşdirir. Onların arasında 58-0011 quyruq nömrəli, təxminən 68 il əvvəl istehsal olunmuş KC-135 də var.
Mənbə kimi göstərilən FlightGlobal qeyd edir ki, bu təyyarələr hazırda texniki baxışdan keçirilir və yaxın zamanda Yaxın Şərqə göndərilməsi planlaşdırılır. (Musavat.com)
Mənbə: publika.az