Ukrayna Hərbi Hava Qüvvələri daha bir F-16 qırıcısının döyüş tapşırığı zamanı qəzaya uğradığını açıqlayıb.
Məlumatda bildirilir ki, təyyarə Rusiya hava hədəflərinin qarşısını almaq missiyası zamanı göyərtədə yaranan nasazlıq səbəbindən qəzaya uğrayıb.
Pilot katapult edərək xilas olub və tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya çatdırılıb.
Təyyarənin yaşayış məntəqələrindən kənara düşdüyü, hadisə nəticəsində mülki əhali arasında ölən və ya yaralanan olmadığı qeyd edilib.
Bu, Ukraynaya F-16-ların verilməsindən sonra itirilən dördüncü belə qırıcıdır. Hadisənin başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, Ukrayna F-16 qırıcılarını əsasən Rusiya tərəfindən buraxılan qanadlı raketlərin və pilotsuz uçuş aparatlarının qarşısının alınması üçün istifadə edir.
Mənbə: bizim.media