Bu gün səhər saatlarında İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Küveytin şimalındakı ABŞ hərbi bazasına üç dron zərbəsi endirib.
Bununla bağlı, İsrailin i24 News telekanalı xəbər yayıb.
Məlumata əsasən, dronlardan ən azı biri hədəfə dəyib. Hücumla eyni vaxtda Küveytin şimalında bir neçə güclü partlayış baş verdiyi, partlayış səslərinin isə İraqın Bəsrə əyalətində də eşidildiyi bildirilir.
Hazırda bu iddialar nə Küveyt, nə də ABŞ rəsmiləri tərəfindən rəsmi şəkildə təsdiqini tapmayıb.
Mənbə: bizim.media