Çinin "Changzheng-7A" ("Uzun yürüş-7A") raket-daşıyıcısı Hainan adasındakı Wenchang kosmodromundan start götürdükdən qısa müddət sonra havada partlayıb.
Bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Nəşr yazır, qəza raketin startından təxminən 90 saniyə sonra baş verib. Raket-daşıyıcı "Zhongxing-4B" peykini orbitə çıxarmalı idi. Hazırda partlayışın başvermə səbəbləri araşdırılır.
"Reuters" agentliyinin məlumatına görə, bu qəza 2020-ci ilin martında baş tutan ilk debüt uçuşundan bəri, son altı ildən artıq müddətdə "Changzheng-7A" üçün ilk uğursuzluq olub. O zaman da texniki nasazlıq missiyanın iflasa uğramasına səbəb olub.
Mənbə: musavat.com