Rusiya Hindistana beşinci - sonuncu nəsil "S-400" zenit-raket kompleksləri (ZRK) partiyasını noyabr ayında təhvil verəcək.
Bu barədə Hindistanın "Hindustan Times" (HT) qəzeti məlumat yayıb.
“Narendra Modinin hökuməti tərəfindən 2018-ci ildə 5,43 milyard dollar dəyərində alınmış beş "S-400" sistemindən sonuncusu cari ilin noyabr ayında Hindistana çatdırılacaq”, - deyə məlumatda bildirilib.
Nəşr qeyd edib ki, yeni zenit-raket komplekslərinin Hindistanın şərq hissəsində yerləşdirilməsi planlaşdırılır. Qəzetin məlumatına görə, Hindistan tərəfi Rusiya istehsalı olan daha beş "S-400" divizionunun alınmasını müzakirə edir.
Mənbə: publika.az