Ukraynada gərgin döyüşlər davam edir.
Rusiya ordusu bu dəfə Ukraynaya yük daşıyan tankeri vurub. Rusiya Müdafiə Nazirliyi əməliyyatı əks etdirən videonu özünün "Telegram" kanalında yayıb. İddia edilib ki, tanker Ukrayna Silahlı Qüvvələri (VSU) üçün nəzərdə tutulmuş yüklərin daşınmasında istifadə edilirmiş.
Nazirliyin məlumatında o da vurğulanıb ki, hərbçilər tankerə zərbəni "Geran" Pilotsuz Uçuş Aparatı (PUA) ilə endiriblər. Hədəf isə Ukraynanın Odessa vilayətindəki Çernomorsk limanında dayanıbmış.
Mənbə: publika.az