Donbasa gedən əsas təminat yolu bağlanır? – Strateji körpüyə zərbə endirildi

Donbasa gedən əsas təminat yolu bağlanır? – Strateji körpüyə zərbə endirildi

Rusiya Silahlı Qüvvələri Zaporojye vilayətində Ukrayna ordusunun Donbasdakı döyüş zonasına hərbi yüklər daşıdığı strateji körpünü vurub. Körpüdə avtomobil ilə yanaşı dəmir yolu xətti də olub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında qeyd edilib ki, Rusiya hərbçilərinin zərbəsi üçün Zaporojye şəhərində. Dnepr çayı üzərində yerləşən "Preobrajenski" körpüsü hədəfə alınıb.

Bundan əlavə, noyabrın 29-na keçən gecə Rusiya ordusu pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Ukrayna Silahlı Qüvvələri üçün çalışan sənaye müəssisələrinə, logistika obyektlərinə, nəqliyyat vasitələrinə və gəmilərə hücum edib.

Qeyd edək ki, "Preobrajenski" körpüləri Zaporojye şəhərində Dnepr çayı üzərindən keçən və Xortitsa adası vasitəsilə şəhərin sağ və sol sahillərini birləşdirən iki ikimərtəbəli tağlı körpüdən ibarətdir. Körpülərin tikintisinə 1949-cu ilin yazında başlanılıb və 1952-ci ildə başa çatdırılıb. Bu strateji keçidlər ilk növbədə Dnepr çayı üzərindən avtomobil və dəmir yolu əlaqəsini təmin etmək, eləcə də Dnepropetrovsk vilayətindəki Krivoy Roq şəhərini Donbasla birləşdirmək məqsədilə inşa edilib.

Mənbə: publika.az