İsrail Müdafiə Qüvvələri HƏMAS-ın bir neçə üzvünü, o cümlədən üç bölmə komandirinin müavinini məhv edib.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir
“Son bir neçə saat ərzində ordu HƏMAS terror təşkilatının bir sıra yaraqlılarını, o cümlədən Beeri kibbutzda qırğında iştirak edən Nuseyrat batalyonunun komandir müavini Abed Əlrəhman, Şati batalyonunun komandir müavini Xəlil Muhacez, Şeyx Radvan batalyon komandirinin müavini Xəli Tatri məhv edilib”, - ordunun bəyanatında deyilir.
Mənbə: axar.az